Türkiyədə koronavirusdan ölənlərin sayının durmadan artır. Təkcə Ankarada hər gün 50-də artıq insan koronavirusdan vəfat edir.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankara Böyük Şəhər Bələdiyyəsi və Ankara valiliyi ölənlərin sayının çox olduğu üçün artıq digər məzarlıqlarda da COVİD-19 xəstələrinin dəfn olunması ilə bağlı icazə verib.
Qeyd edək ki, Ankarada koronavirusdan ölənlər yalnız Ortaköy məzarlığında dəfn edilirdi.
Ölənlərin sayının artması isə bu qəbiristanlıqda yer çatışmazlığı yaradıb.
Xatırladaq ki, Türkiyə hökuməti böyük şəhərlərdə koronavirus qurbanlarının ayrıca məzarlıqlarda dəfni barədə qərar vermişdi.
Ağanisə Sultan, Bizim Media
- A-
- A
- A+
Dünya
11:38 / 19.11.2020
Ankarada COVİD-19-dan ölənlərin sayı artır- Məzarlıqda yer yoxdur
Hazırda oxunan: Ankarada COVİD-19-dan ölənlərin sayı artır- Məzarlıqda yer yoxdur
Hazırda oxunan: Ankarada COVİD-19-dan ölənlərin sayı artır- Məzarlıqda yer yoxdur
3024
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.