Moldova Ukrayna ilə əmkdaşlığı bərpa etmək istəyir

Hazırda oxunan: Moldova Ukrayna ilə əmkdaşlığı bərpa etmək istəyir

3014

Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu Ukraynanın bu ölkədəki səfiri Mark Şevçenko ilə görüş keçirib.

Danışığın əsas mövzusu rəsmi Kiyevlə dondurulmuş ikitərəfli əməkdaşlığın bərpa edilməsinin zəruriliyi olub.

Bizim.Media “TASS”-a istinadən xəbər verir ki, bu barədə M.Sandunun rəhbərlik etdiyi “Hərəkət və Həmrəylik Partiyası”nın mətbuat xidməti məlumat yayıb.

“Bizim ümumi bir çox problemimiz və birlikdə çata biləcəyimiz bir çox hədəflərimiz var".

"Moldovanı təcrid vəziyyətindən çıxarmalı və Ukrayna ilə ikitərəfli münasibətləri dərhal bərpa etdirməliyik”, - deyə mətbuat xidməti tərəfindən yayılmış sənəddə qeyd olunur.

Sandu söhbət zamanı iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin