Səudiyyə Ərəbistanı xarici vətəndaşlar üçün bu qadağanı götürdü 

Hazırda oxunan: Səudiyyə Ərəbistanı xarici vətəndaşlar üçün bu qadağanı götürdü 

30062

Səudiyyə Ərəbistanı əcnəbi vətəndaşların Kəbəni ziyarət etməsilə bağlı yeni qərarını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Haber Global” telekanalı məlumat yayıb. 

Mənbə bildirir ki, avqustun 9-dan etibarən vaksinasiyasını başa vurmuş xarici ölkə vətəndaşlarının ümrə ziyarəti üçün ölkəyə gəlişinə izacə verilib.

Müvafiq qərar krallığın Həcc və Ümrə Nazirliyi tərəfindən qəbul edilib. 

Qeyd olunub ki, ziyarət icazəsi yalnız “Pfizer/BioNTech”, “AstraZeneca”, “Johnson & Johnson” və “Moderna” vaksinlərilə peyvənd olunmuş 18 yaşından yuxarı şəxslərə veriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin