Moderator.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Tacikistan Sosial Demokrat Partiyasının lideri Rəhmətulla Zayorov “Odnoklassniki” sosial şəbəkəsindən tərəfdarlarına səslənərək, ölkədə keçiriləcək prezident seçkilərində öz namizədliyini irəli sürüb.
Məlumat üçün bildirək ki, Tacikistan hökuməti ölkə müxalifətinə qarşı çox sərt mövqe sərgiləməkdədir. Ölkədə sərbəst toplaşmaq azadlığı, söz azadlığı, çox acınacaqlı durumdadır. Məhz bunun nəticəsi olaraq müxalifət lideri öz namizədliyini sosial şəbəkələrdə elan etmək məcburiyyətində qalıb.
Xəyal Əzizov







































































































