“Ukrayna ABŞ-ın kömək etdiyi 5 ölkə arasındadır” - George Kent

Hazırda oxunan: “Ukrayna ABŞ-ın kömək etdiyi 5 ölkə arasındadır” - George Kent

29870

“Ukrayna hər il ABŞ-dan təxminən 750 milyon dollar alır və Vaşinqtonun dəstəyi baxımından beş ölkədən biridir”. 

Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini George Kent deyib.

“Konqresimiz hər il Ukraynanı müxtəlif sahələrdə dəstəkləmək üçün vəsait ayırır - ildə 750 milyon dollara qədər. Göründüyü kimi, hər il bizdən bu cür dəstək alan dörd-beş ölkə var”. TASS agentliyi diplomatın dediklərindən sitat gətirib.

O, Kiyevə verilən yardımın ABŞ-da hansı partiya təmsilçilərinin rəhbər vəzifələrdə olmasından asılı olmadığını bildirib:

“Həm Demokratlar, həm də Respublikaçılar Ukraynanı birlikdə dəstəkləyirlər. Və düşünürəm ki, bu, administrasiyadan, Ukrayna ilə işləyən məmurlardan asılı deyil”.

Xatırladaq ki, 2017 və 2018-ci illərdə Ukrayna tərəfinə hərbi yardım kimi 350 milyon dollar, 2019-cu ildə 250 milyon dollar, 2020-ci ildə 300 milyon dollar ayrılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin