Hacı Beyləqanski “qanuni oğru” titulunu necə alıb? – DETALLAR AÇIQLANDI - FOTO

Hazırda oxunan: Hacı Beyləqanski “qanuni oğru” titulunu necə alıb? – DETALLAR AÇIQLANDI - FOTO

0:00
0:00
29847

Əsl adı Hacıbaba Talıbxanlı olan Hacı Beyləqanski kriminal avtoritet Aslan Usoyanın (Ded Xasan) köməkçisi İlqar Əliyevin (Danabaş) qətlinə görə “qanuni oğru” adını alıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı ədliyyə polkovniki Aleksey Pişulinə istinadən Lenta.ru yayıb.

“İstintaq müəyyənləşdirib ki, 2012-ci ilin dekabrında Birləşmiş Ərəb Əmirliklərində bir toplantıda Rövşən Lənkəranski indi Hacı Beyləqanski kimi tanınan 30 yaşlı Hacıbaba Talıbxanlını “qanuni oğru” kimi taclandırıb.

Üstəlik, bu tədbirdə Lənkəranski açıq şəkildə Hacının ona yaxın adam olduğunu və Danabaşı ləğv etdiyi üçün oğru adına layiq olduğunu deyib.

Danabaşın öldürülməsindən sonra Moskva bölgəsinin meyvə və tərəvəz bazalarının tamamilə Hacı Beyləqanskinin nəzarətinə keçdiyi ortaya çıxıb.

Xatırladaq ki, “qanuni oğru” İlqar Danabaş 19 aprel 2012-ci ildə Moskvanın mərkəzində, Presnensk Val küçəsində öldürülüb. 

Bir il keçməmiş, 2013-cü ilin yanvarında Hacı Ded Xasanı paytaxtda güllələyib. Ded Xasanın dəfnindən bir müddət sonra hüquq-mühafizə orqanları daima onlara gələn əməliyyat məlumatları sayəsində qətlin üstünü açıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin