Bu gün səhər Tacikistanın Suğd vilayətinin İsfar şəhəri yaxınlığında, Qırğızıstanla sərhəd zonasında silahlı qarşıdurma baş verib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi şəhər administrasiyasının mətbuat xidmətinə istinadən yayıb.
Mənbə bildirir ki, şənbə günü Qırğızıstan rəsmiləri Tacikistanla sərhəddə atışma olduğunu elan edib.
24 iyulda Batken vilayətinin Kum-Mazar yaşayış məskənində Tacikistanın sərhəd bölgələrinin sakinləri Qırğızıstan tərəfinin razılığı olmadan ərazidən qumları təmizləmək istəyiblər. Bu isə sakinlər arasında öncə şifahi atışmaya, sonra isə davaya çevrilib.
Tacikistan sərhədçiləri Qırğızıstan tərəfə atəş açıblar. Cavab olaraq Tacikistana doğru da “güllə yağdırılıb”.
“Silahlı qarşıdurma Çorkux sakinlərinin Kum-Mazar şəhərində iməcilik keçirmək istəyindən sonra baş verib. Qırğızıstan sərhədçiləri buna imkan verməyiblər. Vətəndaşlar isə onlara daş atmağa başlayıblar. Nəticədə sərhədçilərin güllərinə tuş gəliblər”, deyə agentliyin həmsöhbəti belə deyib.
Hər iki tərəfdən atışmanın 10 dəqiqə davam etdiyi deyilir.
Xatırladaq ki, "Kum-Mazar" hər il iməciliklərin keçirildiyi tarixi bir kurort məkanıdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:16 / 24.07.2021
Tacikistan və Qırğızıstan sərhədçiləri arasında YENİ ATIŞMA
Hazırda oxunan: Tacikistan və Qırğızıstan sərhədçiləri arasında YENİ ATIŞMA
Hazırda oxunan: Tacikistan və Qırğızıstan sərhədçiləri arasında YENİ ATIŞMA
29764
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.