Ərdoğan qözyaşardıcı qaz və rezin güllələri ABŞ-dan alıb

Hazırda oxunan: Ərdoğan qözyaşardıcı qaz və rezin güllələri ABŞ-dan alıb

29751

“Gezi parkı” hadisələrində polisin etirazçılara qarşı istifadə etdiyi qözyaşardıcı qaz və rezin güllələri Türkiyəyə ixrac edən ölkələrindən biri də Amerikandır. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amerikanın “Nonlethal Technologies” şirkəti 15 ay ərzində Türkiyəyə təxminən 8,5 milyon dollarlıq qözyaşardıcı qaz və rezin güllə satıb. 

“Nonlethal Technologies” şirkətinin müştəriləri sırasında Türkiyə öndədir. Şirkət Turkiyədən başqa Çin Xalq Respublikası, Panama və Çiliyə qözyaşardıcı qaz və rezin güllə satıb. 

Ancaq Türkiyənin qözyaşardıcı qaz və rezin güllələr üçün xərclədiyi pul o biri ölkələrlə müqayisə edilə bilməyəcək dərəcədə çoxdur. Məhz Türkiyə 15 ay ərzində qözyaşardıcı qaz, rezin güllələr üçün “Nonlethal Technologies”ə ödədiyi pul məbləği tam olaraq 8 milyon 396 min 992 dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin