Dünyaya borc verən ABŞ özü borc içində “üzür” –  “KƏMƏR SIXMA” olacaqmı? 

Hazırda oxunan: Dünyaya borc verən ABŞ özü borc içində “üzür” –  “KƏMƏR SIXMA” olacaqmı? 

29734

ABŞ-ın dövlət borcları qanunla tətbiq olunan limitə yaxınlaşır. Məsələ o qədər ciddidir ki, ölkənin maliyyə naziri Cennet Yellen ölkə parlamentinin Nümayəndələr Palatasının sədri Nensi Pelosiyə məktubla müraciət edib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, məktubda borc limitinin tətbiq olunmasının 31 iyuladək dayandırıldığını xatırladan Yellen 1 avqust tarixindən ABŞ-ın ödənilməmiş borcunun limitə çatacağını bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-dan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ


Cennet Yellen 2 avqustadək limitin dayandırılması və ya artırılması haqda qərar verilməyəcəyi təqdirdə, Maliyyə Nazirliyinin bəzi fövqəladə tədbirlər görəcəyini qeyd edib.

Əlavə edib ki,  limit həddinin artırılması xərcləri artırmamalıdır.

Gələcək büdcə təklifləri üçün xərcləməyə icazə verməyəcəyini deyən Yellen, yalnız təsdiq olunmuş xərclərin ödənişinin istisna təşkil etdiyini bildirib. 

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin