Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin bu ölkənin “Il Primato Nazionale” onlayn qəzetinin redaksiyasına göndərdiyi məktubun mətninin böyük hissəsi nəşrin internet səhifəsində dərc olunub.
Bizim.Media xəbər verir ki, Azərbaycan səfiri öz məktubunda erməni tərəfinin propaqandası və dezinformasiyasının təsiri altında həmin qəzetdə dərc olunmuş məqaləyə münasibət bildirib.
Azərbaycan diplomatının məktubunun qəzetin saytında dərc olunmuş hissəsində bildirilir ki, Azərbaycanın 30 ilə yaxın müddətdə Qarabağ və Şərqi Zəngəzur bölgələri daxil olmaqla beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi Ermənistanın hərbi işğalına məruz qalıb, bu ərazilərdə yaşayan bütün azərbaycanlılara qarşı dəhşətli etnik təmizləmə həyata keçirilib və onlar qaçqın və məcburi köçkünə çevrilməklə həyatlarını xilas edə biliblər.
“Hərbi işğalın nəticəsində 1 milyon azərbaycanlı 30 il ərzində öz evindən, hətta öz doğmalarının məzarlarını belə ziyarət etməkdən məhrum olub, 20 mindən çox azərbaycanlı qətlə yetirilib, 50 mindən çox azərbaycanlı yaralanıb. Ermənistan ordusu azərbaycanlı mülki əhaliyə qarşı çoxsaylı müharibə cinayətləri, 613 azərbaycanlının şiddətlə qətlə yetirildiyi Xocalı soyqırımını törədib. İşğal vaxtı 4 mindən çox azərbaycanlı itkin düşüb və Ermənistan hələ də həmin şəxslərin taleyi ilə bağlı məlumatları təqdim etməkdən imtina edir”, - deyə diplomatın məktubunda qeyd olunur.
Diplomat qeyd edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etsə də azərbaycanlı məcburi köçkünlər hələ də öz evlərinə qayıda bilmirlər.
Belə ki, həmin ərazilər Ermənistan hərbi qüvvələri tərəfindən işğal dövründə sistemli olaraq talan edilib, yerlə yeksan olunub, piyada və tank əleyhinə minalarla döşənib.
“30 illik münaqişə dövründə 3 min azərbaycanlı Ermənistanın yerləşdirdiyi və xəritələrini təqdim etməkdən imtina etdiyi piyada və tank əleyhinə minaların partlamasının qurbanı olub. Azərbaycanın azad olunmuş əraziləri bu gün dünyada ən çox minalanmış bölgələrdən biri hesab olunur”, - deyə səfir bildirib.
Əlavə edib ki, yalnız ötən ilin noyabrından bəri əksəriyyəti mülki əhali olmaqla 150 nəfər mina partlamasının qurbanı olub.
Səfirin məktubunun dərc olunmuş hissəsi ilə bu keçiddən tanış olmaq mümkündür.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:03 / 24.07.2021
İtaliya qəzeti ermənilərin Azərbaycana qarşı törətdiyi cinayətlərdən yazdı
Hazırda oxunan: İtaliya qəzeti ermənilərin Azərbaycana qarşı törətdiyi cinayətlərdən yazdı
Hazırda oxunan: İtaliya qəzeti ermənilərin Azərbaycana qarşı törətdiyi cinayətlərdən yazdı
29703
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.