Filippində milyonlarla uşağa evdən çıxmaq qadağan edildi

Hazırda oxunan: Filippində milyonlarla uşağa evdən çıxmaq qadağan edildi

29696

Filippində COVID-19 infeksiyasının "delta" ştamının yayılması təhlükəsi səbəbindən məhdudiyyət tədbirləri sərtləşdirilib.

Bizim.Media Azərtac-a istinadla bildirir ki, məhdudiyyətlər çərçivəsində 5 yaşından 17 yaşınadək uşaqlara evdən çıxmaq qadağan edilib.

"Koronavirusun "delta" ştamı daha yoluxucu və təhlükəlidir", - deyə Filippin Prezidentinin mətbuat katibi Harri Roke bildirib.

Yeni məhdudiyyət tədbirləri Filippin paytaxtını və ölkənin dörd əyalətini əhatə edəcək. Xüsusilə qapalı məkanlarda fəaliyyət göstərən restoran və kafelərə, gözəllik salonlarına gedənlərin və dini yığıncaqlarda iştirak edənlərin sayına məhdudiyyətlər qoyulub.

Xatırladaq ki, 2020-ci ilin martından yetkinlik yaşına çatanların evdən çıxmalarına qoyulan qadağalar aradan qaldırıldıqdan iki həftə sonra yeni məhdudiyyətlər elan edilib.

Hakimiyyət orqanları bu qadağanı uşaqların və yeniyetmələrin virusa yoluxaraq onu yaşlı qohumlarına ötürə biləcəyi ilə izah edirlər.

İndiyə qədər Filippində "delta" ştamına 47 yoluxma halı qeydə alınıb ki, bunların da yarısı yerli mənşəlidir. Ölkənin Səhiyyə Nazirliyi yeni xəstə axını ehtimalına görə xəstəxanalarda yataq, dərman, oksigen balonları və əməkdaşların sayını yoxlayır.

Filippin Malayziya və Tailanddan gələn səyahətçilər üçün sərhəd nəzarətini gücləndirib. Həmçinin Hindistan, Pakistan və İndoneziyadan bu ölkəyə giriş qadağan edilib.

Təxminən 110 milyon əhalisi olan Filippində 10,5 milyon insan peyvəndin ilk dozasını əldə edib, 5 milyondan çox insan isə tam vaksinasiya olunub.

Pandemiyanın statistikasını aparan "Worldometer" saytının məlumatına əsasən, epidemiyanın əvvəlindən bəri Filippində koronavirusa 1 milyon 537 mindən çox yoluxma və 26 min 891 ölüm faktı qeydə alınıb. Həmçinin 1 milyon 455 min nəfər COVID-19 infeksiyasından sağalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin