ABŞ dövlət nümayəndələri Amerikaya viza almaq üçün növbə gözləyən 35 min Əfqan sakini Küveyt və Qətərdəki iki hərbi bazasında yerləşdirmək niyyətindədir.
Bizim.Media “tass”-a istinadən xəbər verir ki, sözügedən şəxslər Əfqanıstanda ABŞ hərbçilərinə tərcüməçi kimi yardım edənlər və onların ailələridir.
MÖVZU İLƏ BAĞLI:
Talibandan AÇIQLAMA – “Əfqanıstanın 90 faizi nəzarətimizdədir”
Qeyd edək ki, sözügedən şəxslər Ağ Evin Əfqanıstanı tərk etməyə qərar verməsindən sonra Taliban tərəfindən ölümlə təhdid ediliblər.
Ümumilikdə isə, əfqan mühacirlərə ABŞ bazalarında ən azı 18 ay müddətinə müvəqqəti mənzillər veriləcək. Eyni zamanda daha 18 min tərcüməçi və onların 53 min ailə üzvünə Amerika vizası verilməsi planlaşdırılır.
Murad Əhmədov, Bizim.Media