Krallıq səlahiyyətlərindən imtina edərək həyat yoldaşı, aktrisa Meqan Marklla sarayı tərk edən Harri həyatını qələmə almağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, artıq Harrinin nəşriyyatlardan biri ilə müqavilə bağladığı bildirilir. O, kitabında dünyaya gəldiyi şahzadə obrazını deyil, olmağını seçdiyi xarakterin həyatını oxuculara çatdıracaq.
MÖVZU İLƏ BAĞLI:
Şahzadə Harri və Meqanın qızı oldu - FOTO
Kitab gələn ilin sonlarına doğru işıq üzü görəcək.
Şahzadənin nəşriyyatla 20 milyon dollar qarşılığında razılaşdığı bildirilsə də bu haqda rəsmi açıqlama verilməyib. Lakin qazancın xeyriyyə təşkilatlarına bağışlanacağı qeyd olunur.
Bizim.Media