ÜST rəhbərindən növbəti XƏBƏRDARLIQ

Hazırda oxunan: ÜST rəhbərindən növbəti XƏBƏRDARLIQ

29288

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adanom Gebreyesus delta variantından daha təhlükəli koronavirus ştammının yaranma təhlükəsi ilə əlaqədar xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

ÜST-dən Tokio Olimpiya Oyunlarının təşkilatçılarına MƏSLƏHƏT


Mənbə yazır ki, qurumun rəhbəri Tokioda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 138-ci sessiyasında çıxış edib.

"Virus nə qədər geniş yayılsa, onun daha çox növü ortaya çıxacaq və hazırda bu qədər ziyan vuran "Delta" ştammından daha təhlükəli olma potensialı olacaq. Və nə qədər çox növü olsa, onlardan birinin peyvəndlərdən yayınmaq şansı daha yüksək olacaq və hamımız əvvələ qayıdacağıq", - Gebreyesus bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin