Əfqanıstan Pakistandan diplomatlarını geri çağırdı – SƏBƏB

Hazırda oxunan: Əfqanıstan Pakistandan diplomatlarını geri çağırdı – SƏBƏB

29044

Əfqanıstan hakimiyyəti Pakistandakı səfirini geri çağırıb. Buna səbəb həmin diplomatın İslamabadda qızının qaçırılması göstərilir.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Əfqanıstanın Xarici İşlər Nazirliyinin saytı yayıb.

Mənbə bildirir ki, Əfqanıstan rəhbərliyi İslamabadda yerləşən səfiri və yüksək rütbəli Əfqan diplomatlarını Kabula çağırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Pakistan İranla sərhədi möhkəmləndirir - SƏBƏB


Təhlükəsizlik təhdidləri aradan qaldırana qədər onlar ölkədə qalacaqlar. Bundan əlavə, Əfqanıstan qızı qaçıranların tutulmasını və ədalət qarşısında mühakimə olunmasını tələb edir.

Məsələnin gələcəkdə həll edilməsi üçün Əfqanıstan nümayəndə heyətinin Pakistana səfərinin planlaşdırıldığı da vurğulanır.

Əfqanıstan Xarici İşlər Nazirliyi 16 iyul tarixində naməlum şəxslərin Əfqanıstanın bu ölkədəki səfirinin qızını qaçırdıqlarını bildirmişdi. Qıza işgəncə verilib və bir neçə saat sonra sərbəst buraxılıb.

Bu arada Pakistan səlahiyyətliləri Əfqanıstan hərbçilərinin Taliban yaraqlılarını qonşu respublika ilə sərhəddəki Spin-Boldak bölgəsindən sıxışdırmaq üçün əməliyyatı davam etdirəcəyi təqdirdə Kabulu hava hücumu ilə təhdid  edib.

Bu barədə “Twitter”də Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Saleh məlumat verib.

Hazırda Əfqanıstan ərazilərinin əksəriyyəti Taliban tərəfindən idarə olunur. Bəzi Əfqan əsgərləri Amerika hərbçilərinin ölkəyə geri dönməsini təhrik etmək üçün qəsdən geri çəkildiklərini etiraf ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin