Ukrayna Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Arsen Avakov Nazirlər Kabinetə qayıda bilər. Onun Baş nazirin müavini kreslosunda oturacağı ehtimal edilir.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Analitika UA” nəşri “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiyaya istinadən yayıb.
Onun sözlərinə görə, payızda Avakov siyasi komandaya dəvət ediləcək:
MÖVZU İLƏ BAĞLI:
RADA erməni nazirlə vidalaşdı - Avakovun istefasının PƏRDƏARXASI MƏQAMLARI
“Buna sentyabr ayında tərəflərin razılığı ilə qərar veriləcək. Hökumətdə bir çox vəzifəmiz, həm də 3-4 baş nazir müavini yerimiz var. Qərarı isə Avakov verməlidir. Biz təklif edəcəyik, razı olub-olmayacağını bilmirik”.
Xatırladaq ki, 13 iyulda Avakov istefa ərizəsini təqdim edib. 27 fevral 2014-cü ildən bəri o, Ukrayna Daxili İşlər Nazirliyinə rəhbərlik edib.
Bizim.Media