Boris Conson səhiyyə nazirinə görə nəzarətə alındı

Hazırda oxunan: Boris Conson səhiyyə nazirinə görə nəzarətə alındı

28990

Britaniyanın Baş naziri Boris Conson və maliyyə naziri Rişi Sunak koronavirusa yoluxan səhiyyə naziri Sajid Cavid ilə təmasda olduqları barədə bildiriş alıblar.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı BBC News nəşri yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Boris Consondan “Putin qatildirmi?" sualına KƏSKİN CAVAB


Mənbə yazır ki, Britaniyada xəstəliyin yeni nəzarət sistemi sınanır. Bu da o deməkdir ki, xəstələrlə təmasda olan hər kəs həkim nəzarəti ilə özünü təcrid etməlidir.

Bildirişi aldıqdan sonra Consondan müntəzəm COVID-19 testi tələb olunacaq.

Nazirin koronavirusa yoluxma xəbəri şənbə günü məlum olub. Bir gün əvvəl o, hökumətin iclasında iştirak edib.

Cavidin xəstəliyi yüngül keçirdiyi deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin