Qətlə yetirilən Haiti prezidenti Jovenel Moisin dul arvadı Martin ölkəsinə dönüb.
Bizim.Media xəbər verir ki, bu barədə Haiti-24 xəbər portalı məlumat yayıb.
Mənbə yazır ki, birinci xanımı hava limanında Haitinin Baş naziri Klod Cozef qarşılayıb.
MÖVZU İLƏ BAĞLI:
Öldürülən Haiti prezidenti bu tarixdə dəfn ediləcək
Portalda yerləşdirilən fotoşəkillərdə Martinin güllə keçirməyən jilet geyindiyi və qolunun sarğı içində olduğu görünür.
7 iyulda Haiti Prezidenti Jovenel Mois muzdlu silahlı qrupun iqamətgaha etdiyi hücum nəticəsində dünyasını dəyişmişdi. Həyat yoldaşı Martin isə yaralanaraq Amerikanın Mayami şəhərindəki bir xəstəxanaya aparılmışdı.
Hazırda 28 şübhəlinin 26-sının Kolumbiya vətəndaşı olduğu deyilir.
Daha sonra Kolumbiya polisi deyib ki, qətli Ədliyyə Nazirliyinin keçmiş əməkdaşı Cozef-Feliks Badye sifariş edib. O, axtarışa verilib.
Bizim.Media