İngiltərədə yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov həyat yoldaşı Tatyana Əhmədovadan boşanıb.
Bizim.Media İngiltərə mətbuatına istinadən xəbər verir ki, uzun müddətir davam edən məhkəmənin nəticəsi olaraq, azərbaycanlı milyarderin həyat yoldaşına 135 milyon funt-setrling həcmində aliment ödəməsinə qərar verilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda hər 32 dəqiqəyə bir ailə dağılır – SOS!!!
Cütlüyün ayrılığı isə ödənilən məbləğin həcminə görə isə, Birləşmiş Krallığın ən böyük boşanması olaraq tarixə keçib.
Tərəflər arasında məhkəmə çəkişmələri isə 2016-cı ildən bəri davam edirdi. Milyarderin həyat yoldaşı Tatyana Əhmədova 450 milyon funt-sterling, yəni Fərhad Əhmədovun bütün sərvətinin 41%-ni tələb etsə də, sonda qeyd olunan məbləğlə razılaşmaq məcburiyyətində qalıb.
Ümumilikdə isə, Fərhad Əhmədovun sərvətinin həcmi 1,4 milyard funt-sterlingdir.
Qeyd edək ki, Fərhadla Tatyana 1989-cu ildə tanış olub, 4 il sonra isə Londonda ailə həyatı qurublar. Lakin cütlük 2014-cü ildən bəri ayrı yaşayır.
Bizim.Media