“Putin Baydenin çağırışlarını bir qulağından alıb, o biri qulağından verəcək”

Hazırda oxunan: “Putin Baydenin çağırışlarını bir qulağından alıb, o biri qulağından verəcək”

28300

“Putin Amerika strukturlarına kiberhücumları dayandırmaqla bağlı bütün çağırışları "bir qulağından alıb, o biri qulağından verəcək”.

Bizim.Media Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo deyib. 

O, ABŞ Prezidenti Co Baydeni hakerlər kiberhücumlara görə Rusiyaya qarşı qadağaları sərtləşdirməyə çağırıb. 

Pompeonun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinlə bu mövzuda danışıqlar heç bir nəticə verməyəcək:

"Putin "xoşluqla razılığa gəlmək” cəhdlərində yalnız Baydenin zəifliyini görəcək”.

Sabiq dövlət katibi bildirib ki, kiberhücumların nəticələrini yalnız Putin və ölkənin oliqarxları deyil, bütün Rusiya xalqı hiss etməlidir.

"Özü də əmin olmalısınız ki, Rusiya tərəfi tez bir zamanda tutarlı, davamlı, sərt real xərclərin olacağını anlayırlar. Yəni, qarşı tərəfə qarşı sanksiyaların bütün fərqləndirici cəhətləri tətbiq olunmalıdır. Tramp administrasiyası dövründə, yəni dörd il ərzində biz məhz bu cür etmişik",- deyə o, fikrini tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin