Böyük Britaniyanın “Dawn” xəbər portalında Oxçuçay fəlakətinə həsr olunmuş məqalə dərc olunub.
Bizim.Media xəbər verir ki, məqalədə Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonundan keçən və Araz çayına tökülən Oxçuçayın Ermənistanda fəaliyyət göstərən kombinat tərəfindən çirkləndirilməsindən danışılır.
Qeyd edilir ki, Oxçuçay sənaye tullantıları ilə çirkləndirilib, suvarma üçün yararsız hala gətirilib və çaydakı balıqlar məhv olmaq təhlükəsi ilə üzləşib.
Yazıda, həmçinin kombinatın əsas səhmdarlarından birinin “CRONIMET” alman şirkəti olması barədə məlumat verilib. Məqalədə çayda çirklənmə səviyyəsinin yüksək olduğu, onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsinin son dərəcə mənfi təsirlərə səbəb ola biləcəyi bildirilir.
BizimMedia
- A-
- A
- A+
Dünya
10:20 / 12.07.2021
Britaniya mətbuatı Oxçuçay fəlakətindən YAZDI
Hazırda oxunan: Britaniya mətbuatı Oxçuçay fəlakətindən YAZDI
Hazırda oxunan: Britaniya mətbuatı Oxçuçay fəlakətindən YAZDI
28281
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.