Bu il Şimali Kiprdə KKTC-nin 37-ci quruluş ildönümü ilə bağlı keçirilən bayram mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılıb.
Paytaxt Lefkoşada Atatürk anıtı önündə keçirilən rəsmi tədbirdə Türkiyə və KKTC prezidentləri iştirak ediblər.
Abidəyə çələng qoyulduqdan sonra böyük Atatürkün və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub. Dövlət başçıları Xüsusi Xatirə kitabına ürək sözlərini yazıb, imzalayıblar. Türkiyə Prezidenti Ərdoğan Xatirə Kitabında Kuzey Kıbrısın əmin əllərdə olduğunu qeyd edib.
Mərasimdə MHP başqanı Dövlət Baxçalı, Türkiyənin KKTC-dəki səfiri Əli Murat Başçer və başqaları iştirak ediblər.
Ağanisə Sultan, Bizim.Media