Rusiyanın ən varlı məmurlarının adları açıqlandı - Siyahıda Dmitri Peskov da var

Hazırda oxunan: Rusiyanın ən varlı məmurlarının adları açıqlandı - Siyahıda Dmitri Peskov da var

27883

Koronavirus pandemiyasına və bunun səbəb olduğu böhrana baxmayaraq 2020-ci ildə Rusiyanın ən varlı 100 dövlət məmuru və millət vəkilinin gəlirləri artıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat məşhur “Forbes” jurnalının “Forbes”in hesablamsına görə, Rusiyanın ən varlı məmuru Çelyabinsk vilayətinin deputatı Konstantin Strukov olub.

Strukvun təqdim etdiyi bəyannaməyə görə, 2020-ci ildə onun və ailəsinin ümumi gəliri 8,6 milyard rubldan (114 milyon dollar) çox olub.

Siyahıda ikinci yerdə 7,7 milyard rublla (102 milyon dollar)Kamçatka bölgəsinin deputatı İqor Yevtuşok  qərarlaşıb.

Ən varlı 100 məmur və deputatların siyahısında ilk 12 yerdə qərarlaşanlar deputatlar olub. 13-cü sırada isə Başqırdıstanın baş naziri Andrey Nazarov yer alıb. Baş nazirin son bir ildəki gəlirləri 1,3 milyard rubl (17 milyon dollar) olub.

Çeçenistan prezidenti Ramzan Kadırov siyahıda 36-cı sırada yerdədir. Onun gəlirləri 383 milyon rubldur (5,1 milyon dollar).

Rusiyanın ən varlı məmurları arasında president Vladimir Putinin adı olmasa da, onun mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun siyahıda 59-cu yerdədir. Onun gəliri 225 milyon rubl (3 milyon dollar) olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin