Saxlanılan Estoniya konsulu Rusiyanı tərk etməlidir – SƏBƏB

Hazırda oxunan: Saxlanılan Estoniya konsulu Rusiyanı tərk etməlidir – SƏBƏB

27751

Sankt-Peterburqda saxlanılan Estoniya konsulu Mart Lyatte persona non qrata elan edilib. O, iki gün ərzində Rusiyanı tərk etməlidir. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb. 

“Estoniyanın Moskvadakı səfirliyinin müşaviri Ulla Uybo XİN-ə çağırılıb və konsulun kəşfiyyat məlumatları topladığı haqda ona sərt etiraz bildirilib”. Bəyanatda belə deyilir.  

Bundan əlavə, Rusiya tərəfi Estoniya hakimiyyət orqanlarının vəziyyəti digər səmtə yönəltmək cəhdlərini qəbuledilməz adlandırıb: 

"Rəsmi Tallinin mövqeyini son dərəcə kinayəli hesab edirik, çünki bu estoniyalı diplomatın "qanunsuz fəaliyyətinə dair təkzibedilməz dəlillər var". 

Xatırladaq ki, dünən Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Lyatteni Rusiya vətəndaşından məxfi materiallar alarkən cinayət başında saxlayıb. 

Estoniya Xarici İşlər Nazirliyinin sözçüsü Aari Lemmik hadisənin təxribat olduğunu deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin