Qətlə yetirilən Haiti prezidentinin arvadı da vəfat etdi 

Hazırda oxunan: Qətlə yetirilən Haiti prezidentinin arvadı da vəfat etdi 

27744

Silahlı hücumda öldürülən Haiti prezidenti Jovenel Moizin həyat yoldaşı Martin Mari Etyen Jozef aldığı yaralardan dünyasını dəyişib. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “TeleSur” nəşri yayıb. 

Bundan əvvəl Haiti prezidentinin ötən gecə şəxsi iqamətgahına edilən hücum nəticəsində öldürüldüyü məlum olmuşdu. 

Ölkənin Baş naziri Klod Jozefin dediyinə görə, hücum bəziləri ispan dilində danışan bir qrup şəxs tərəfindən həyata keçirilib.  

Haitidə rəsmi olaraq iki dövlət dili var: fransız və kreol. 

Hücum zamanı ölkənin birinci xanımı da yaralanmışdı. Həkimlər onun həyatı üçün mübarizə aparırdılar.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin