Kamçatkada An-26 təyyarəsinin qəzaya uğradığı yerdən yeni video yayılıb. Xilasedicilər qəzada ölən sərnişinlərin və heyət üzvlərinin cəsədlərini sudan tapıblar və çıxarmağa başlayıblar.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi Kamçatka diyarının hökumətinə istinadən yayıb.
Ölənlərin axtarışı və sayılması Kamçatka Aviasiya Müəssisəsinin direktor müavini Sergey Qorb tərəfindən şərh edilib:
“Bu günə qədər xilasedicilər ölülərin dəqiq sayını deyə bilməzlər, çünki rəqəmlər daim dəyişir”.
Bundan əvvəl Kamçatkada An-26 təyyarəsinin düşdüyü yerdə doqquz qurbanın cəsədi tapılmışdı.
Xatırladaq ki, iyulun 6-da Kamçatkada 28 nəfərin olduğu An-26 sərnişin təyyarəsi qəzaya uğrayıb. Petropavlovsk-Kamçatskdan Palana qəsəbəsinin hava limanına gedən təyyarə enməzdən 10 dəqiqə əvvəl radardan itib və qayaya çırpılaraq dənizə düşüb.
Qəzaya uğrayan təyyarənin əsas korpusu dənizdə tapılıb. İlkin məlumatlara görə, sağ qalan yoxdur.
Müdafiə Nazirliyi Kamçatkadakı An-26-nın axtarış bölgəsinə xüsusi təyyarə göndərib.
Rusiyanın nəqliyyat naziri Vitali Savelyev və Federal Hava Nəqliyyat Agentliyinin rəhbəri Aleksandr Neradko təyyarənin qəzaya uğradığı yerə uçublar.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:28 / 07.07.2021
Kamçatkada An-26 təyyarəsinin qəza yerindən YENİ VİDEO
Hazırda oxunan: Kamçatkada An-26 təyyarəsinin qəza yerindən YENİ VİDEO
Hazırda oxunan: Kamçatkada An-26 təyyarəsinin qəza yerindən YENİ VİDEO
27672
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.