Böyük Britaniya hərraclarının birində “Titanik” gəmisinin seyfinin açarı satılıb.
Bizim.Media xəbər verir ki, həmin seyfin içində binokllar saxlanılırdı. Əvvəllər bu açar haqqında çox adam məlumatlı deyildi.
Seyfin açarı barədə qəzadan 95 il sonra bəhs olunub. Məlum olub ki, həmin açar qəza gecəsi gəmidə olsaydı, “Titanik” batmayacaqdı.
XX əsrin əvvəllərində lokatorların icad olunmadığı üçün təhlükənin müəyyən olunması üçün matroslar əsasən binokllardan istifadə edirdi. Gəmidə önə baxanlar peşəsi də var idi və optik əşyalar seyfdə qorunurdu. Açar isə kapitanın ikinci köməkçisində idi. Sadəcə olaraq, gəmi yola düşərkən Devid Blerin yerinə şirkət rəhbərliyi daha təcrübəli əməkdaş yollamağı qərara alır. Tələskənliklə “Titanik”i tərk edən Bler isə seyflərin açarını həmkarlarına verməyi unudub.
Livan iqtisadiyyatını dağıdan qaynaqçı
Dağıdılmış liman, xəstəxanalar, anbarlar və yaşayış evləri. 300 min evsiz, 6 min yaralı və 210 nəfər ölü. Bu, 2020-ci il avqustun 4-də Beyrutdakı dəhşətli partlayışın nəticələridir. Partlayış Beyrutu dağıtmaqla yanaşı Livan iqtisadiyyatını da ağsadıb. Ölkənin xarici borcu 15 milyard dollar artıb. Ekspertlərin fikrincə, Livanın böhrandan çıxma şansı qalmayıb. Təəccüblü olsa da, bu boyda fəlakətin səbəbkarı qaynaqçıdır ehtimalları da var.
İstintaqın versiyasına görə, anbar qapısını əritmək üçün limana gələn işçilər arasında bir qaynaqçının aparatından çıxan qığılcım isə faciəyə səbəb oldu. Həmin qaynaqçının adı bəlli deyil. Deyilənə görə, həmin adam qaynaqçılığı videodərslər vasitəsilə mənimsəyirdi və partlayışa səbəb olan iş onun ilk sifarişiydi.
Polisə görə başlanan sosial inqilab
Mineapolisdən olan polis ABŞ və Avropa İttifaqını demək olar ki, diz çökdürdü. Derek Şovin afroamerikalı Corc Floydu həbs edərək boğdu. Bununla da Birləşmiş Ştatları etirazlar dalğası bürüdü. Polisə və Ağ Evə qarşı etirazlara irqindən asılı olmayaraq bütün amerikalılar qoşuldu.
Yüz milyardlarlarla dollarlıq döngə
ABŞ və Avropadakı mitinqlərə kölgə salan fövqəladə hadisə Süveyş kanalında yaşandı. Panama şirkətinə məxsus konteyner daşıyan gəmi yanlış dönmə reallaşdlırdı və sahillərə dirəndi. Belə olan halda isə planetin ən nəhəng nəqliyyat arteriyası bloklandı. Tıxacda 400 gəmi ilişdi. Günahkar isə konteyner daşıyanın kapitanı hesab olunur.
Amma hər şey elə də sadə deyil. Çünki başqa versiyalar da var ki, tıxac təsadüfən yaranmayıb. Belə ki, həmin kapitan kanala girdiyi vaxt gəminin hərəkətləri ilə suda “fallos” işarəsini qeyd edib. Bu isə kimisə cəzalandırmağa eyham kimi qəbul edilir.
Bir zabitə görə məhv edilən ordu
1798-ci ildə Çar Rusiyasının imperatoru I Pavel Maltaya girməklə Fransanı cəzalandırmağı qərara alır. Bölüklərdən birinə Suvorov, digərinə isə Korsakov başçılıq edirdi. Qoşunlar Sürixdə görüşüb fransızlara zərbə vurmalıydılar. Lakin Suvorovun gecikməsi Korsakovun ordusunun dağıdılmasına səbəb oldu. Suvorovun gecikməsində isə avstriyalı xəritəşünas Frants fon Veyroter günahkar sayılır, çünki o, xəritəni tərtib edərkən həmin ərazilərdə yolların olmadığını nəzərə almayıb. Nəticədə isə Suvorov gecikib.
Veyroterin 1805-ci il səhvi isə ruslar üçün daha dəhşətli olub. Kutuzovun qərargahında rəis olan Frants Austerlits döyüşündə bölmələri o qədər səhv yerləşdirir ki, Napoleon ordusu rusları məhv edir. Kutuzov yaralanır, çar I Aleksandr az qala əsir düşür.
Anlaşılmaz sözə görə iki atom bombası
Nüvə atışları Hirosima və Naqasakini dağıtmalı deyildi. Tarixin ən böyük faciəsi təsadüfən yaşanıb. ABŞ hökuməti Yaponiyadan kapitulyasiya aktını imzalamağı tələb edəndə baş nazir Kantaro Sudzuki mətbuat konfransı çağıraraq cavab bəyanatı səsləndirib. Siyasətçi nə biləydi ki. Onun çıxışındakı bircə söz hansı dağıdıcı fəsadlara səbəb olacaq. Amerikalıların anlaya bilmədiyi söz isə “makasutsu” (biz düşünərik) olub.
Ağ Evlilər “biz düşünərik” sözünü tərcümə problemlərinə görə, “biz düşünmürük” kimi başa düşüb və Yaponiyaya iki atom bombası atılıb.
Əlbəttə ki, siyahıya 1958-ci Çində kommunist partiyasının sərçələrə müharibə elan etməsini və başqa hadisələri də əlavə etmək olar. Elə I Dünya Müharibəsi kimi...
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:15 / 06.07.2021
Tarixi dəyişən ölümcül səhvlər... – “Titanik”-i batıran SƏBƏB
Hazırda oxunan: Tarixi dəyişən ölümcül səhvlər... – “Titanik”-i batıran SƏBƏB
Hazırda oxunan: Tarixi dəyişən ölümcül səhvlər... – “Titanik”-i batıran SƏBƏB
27619
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.