Böyük Britaniya qapanmaya getməyəcək – Consonun planı nədir? – VİDEO

Hazırda oxunan: Böyük Britaniya qapanmaya getməyəcək – Consonun planı nədir? – VİDEO

27616

Kornavirus məhdudiyyətlərin tamamilə imtina edəcək ölkə var. Belə ki, Böyük Britaniya iyulun 19-dan etibarən pandemiya məhdudiyyətlərini ləğv edir. 

Bizim.Media “euronews”a istinadən xəbər verir ki, Britaniyada ara məsafəsi, maskalar daxil koronavirusun insan həyatına soxduğu bütün məhdudiyyətlər aradan qalxacaq.

Özü də COVİD keçirmiş Birləşmiş Krallığın baş naziri Boris Conson bəyan edib ki, təxminən iki həftədən sonra (iyulun 19-u) ölkəni karantindən çıxarmağa hazırlaşır.

Conson bu qərarı artan “delta” təhlükəsi fonunda alıb:

“Ayın 19-a kimi gün ərzində 50 min yoluxma da qeydə alına bilər. Bu gözlənilirdi. Biz COVİD ölümləri ilə də barışmaq məcburiyyətindəyik. Belə olan halda karantinin davam etdirilməsi barədə düşünməliydik. Amma biz yumşalmaların 4-cü mərhələsini nəzərdən keçiririk. Çünki vaksinasiyanın effektivliyi davam edir. 

Böyük Britaniyanın məqsədi sentyabrın ortalarınacan bütün yetkinlik yaşına çatmışları peyvəndləyərək bu göstəricidə İsrailə çatmaqdır. 

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin