Qəzaya uğrayan An-26 sərnişin təyyarəsinin əsas korpusu sudadır. Dalğıcların qəza yerinə gələcəyi gözlənilir.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi Kamçatka diyarının qubernatoru Vladimir Solodova istinadən yayıb.
Mənbə xatırladır ki, iyulun 6-da Kamçatkada göyərtəsində 28 nəfərin olduğu An-26 sərnişin təyyarəsi qəzaya uğrayıb. Petropavlovsk-Kamçatskdan Palana qəsəbəsinin hava limanına gedərkən təyyarə radardan itib və dənizin sahilindəki qayaya çırpılıb.
Təcili yardım xidmətləri laynerin qalıqlarını tapıblar. İlkin məlumatlara görə, sağ qalan yoxdur.
Müdafiə Nazirliyi Kamçatkadakı An-26-ın axtarışı üçün bölgəyə Sakit Okean Donanmasının təyyarəsini göndərib. Dövlətlərarası Aviasiya Komitəsi isə sərnişin təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdırmaq üçün bir komissiya yaradıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:36 / 06.07.2021
Qəzaya düşən Rusiya təyyarəsinin əsas korpusu dənizdə tapıldı
Hazırda oxunan: Qəzaya düşən Rusiya təyyarəsinin əsas korpusu dənizdə tapıldı
Hazırda oxunan: Qəzaya düşən Rusiya təyyarəsinin əsas korpusu dənizdə tapıldı
27610
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.