Türkiyənin Qırğızıstandakı səfiri Ahmet Sadık Doğan Qırğızıstan vətəndaşı Orhan İnandının tutulması və Türkiyəyə təslim edilməsi əməliyyatı ilə əlaqədar nota alıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Qırğızıstan” nəşri respublikanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan vətəndaşının xüsusi bir əməliyyat nəticəsində tutularaq Türkiyəyə aparıldığını bildirmişdi.
Türkiyə səfiri Qırğızıstan Prezidenti Sadır Japarov adından Xarici İşlər Nazirliyinə çağırılıb.
Bişkek Ankaranı Orxan İnandını Qırğızıstana qaytarmağa və ona qarşı münasib davranılmasını təmin etməyə, beynəlxalq hüquqa uyğun olaraq şiddət və alçaldıcı hərəkətlərin tətbiq edilməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyə çağırıb.
"Səfir Doğan Orhan İnandının Türkiyə vətəndaşı olduğunu vurğuladı. Bu baxımdan Türkiyə tərəfi əməliyyatın Qırğızıstan ərazisində aparılacağını bildirməyib”. XİN-in bəyanatında belə deyilir.
Xatırladaq ki, "Sapat" təhsil müəssisələri şəbəkəsinin rəhbəri, Türkiyə doğumlu, Qırğızıstan vətəndaşı Orhan İnandı 1 iyun Bişkekdə səhər tezdən itkin düşüb.
Maşını qapısı açıq vəziyyətdə tapılıb. Arvadı Reyhan İnandı ərinin Bişkekdəki Türkiyə səfirliyində saxlanıldığını söyləyib.
Qeyd edək ki, 10 iyun tarixində Qırğızıstan Prezidenti Sadır Japarov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb, tərəflər hərbi əməkdaşlıq məsələlərində koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər. Və 30 iyun tarixində Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Qırğızıstanda səfərdə olub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:48 / 06.07.2021
Qırğızıstan Türkiyə səfirinə nota təqdim etdi – SƏBƏB
Hazırda oxunan: Qırğızıstan Türkiyə səfirinə nota təqdim etdi – SƏBƏB
Hazırda oxunan: Qırğızıstan Türkiyə səfirinə nota təqdim etdi – SƏBƏB
27578
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.