Koronavirisun "delta" ştammı digər variantlardan daha yoluxucudur, vaksinin iki dozası ilə peyvəndlənmək təhlükəli ştammlardan yüksək müdafiəni təmin edir.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosu yayıb.
Bürodan bildiriblər ki, insanlar virusun yayılmasına nəzarəti gücləndirən sosial tədbirlərə əməl etməlidir, yəni, respirator gigiyenaya əməl etmək, o cümlədən qapalı və çox insan olan yerlərdə maska taxmaq, fiziki məsafə, əllərin gigiyenası və ventilyasiya olunan açıq məkanlara üstünlük vermək lazımdır.
"Məlumatlar onu göstərir ki, "delta" ştammı digər variantlardan daha yoluxucudur, vaksinin iki dozası ilə peyvəndlənmək bu ştammdan yüksək müdafiəni təmin edir. Tibb işçiləri vaksinin təhlükəsizliyi və səmərəliliyi barədə təbliğatdda vacib rol oynaya bilər", deyə mənbə qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:38 / 06.07.2021
ÜST-dən vaksinin 2 dozası ilə peyvəndlənənləri sevindirəcək XƏBƏR
Hazırda oxunan: ÜST-dən vaksinin 2 dozası ilə peyvəndlənənləri sevindirəcək XƏBƏR
Hazırda oxunan: ÜST-dən vaksinin 2 dozası ilə peyvəndlənənləri sevindirəcək XƏBƏR
27511
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.