ÜST-dən vacib AÇIQLAMA: “Son iki həftədə dünyada...” 

Hazırda oxunan: ÜST-dən vacib AÇIQLAMA: “Son iki həftədə dünyada...” 

27499

“Son iki həftənin koronavirusla bağlı qrafikinə baxsanız, çox yüksək səviyyədə sabitləşmə olduğunu görə bilərsiniz”. 

Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Təcili yardım proqramının direktoru Maykl Ryan “Twitter” hesabında bildirib. 

O, qeyd edib ki, son bir həftə ərzində dünyada 2.6 milyon COVID-19 infeksiyası və 54 min ölüm hadisə baş verib:  

“Hazırda dünyada epidemioloji vəziyyət 2-3 ay əvvələ nisbətən daha yaxşıdır. Eyni zamanda, bəzi ölkələrdə və bölgələrdə xəstələnmə səviyyəsində kəskin azalma olsa da, digər ölkələrdə sürətlə artım müşahidə edilir”. 

ÜST mütəxəssisi Maria van Kerxove isə dünyada epidemioloji mənzərəni birmənalı xarakterizə etməyib.

O, Amerikada yeni infeksiyanın sayında 13 faiz azalmanı qeyd etsə də, digər bölgələrdə artımın olduğunu diqqətə çatdırıb:

“Son yeddi gündə Avropada təxminən 28 %, Afrikada 15%, Qərbi Sakit Okean bölgəsində 10%, Şərqi Aralıq dənizində 9%, Cənub-Şərqi Asiyada - 7% artım qeydə alınıb”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin