Los-Ancelesdə növbəti erməni fırıldağı – DETALLAR 

Hazırda oxunan: Los-Ancelesdə növbəti erməni fırıldağı – DETALLAR 

27460

Los Ancelesin dörd sakini fırıldaqçılıq yolu ilə lüks evlər, zinət əşyaları və digər məhsullar almaq üçün  COVID-19 yardım fondundan milyonlarla dollar əldə etməkdə təqsirli bilinir. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Kaliforniya Mərkəzi Dairəsinin Prokurorluğu yayıb. 

Mənbə bildirir ki, fırıldaqçılar arasında Qlendeyl şəhərindən 42 yaşlı Riçard Ayvazyan, onun 37 yaşlı arvadı Marietta Terabelyan, 41 yaşlı qardaşı Artur Ayvazyan və 41 yaşlı Vaqe Dadyan var.

Səlahiyyətli şəxslər bildiriblər ki, şübhəlilər saxta və oğurlanmış şəxsiyyət vəsiqələrindən istifadə edərək çoxlu vəsait əldə ediblər. Nəticədə 18 milyon dollardan çox pul mənimsənilib. 

Pul Tarzan, Qlendeyl və Palm Desertdə lüks evlərin alınması üçün istifadə edilib. Qalan vəsait lüks saatlara, zinət əşyalarına, brilyant və çantalara, geyim və xaricdən gətirilən gözəl mebellərə, Harley-Davidson motosikletinə xərclənib. 

Dörd müttəhimin hamısını uzun həbs cəzası gözləyir. Onlar bank işinin fırıldaqçılığında, çirkli pulların yuyulmasında təqsirli biliniblər.  

Riçard Ayvazyan və qardaşı əlavə olaraq şəxsi məlumatları oğurladıqlarına görə mühakimə olunub, Dadyan da çirkli pulların yuyulmasına görə günahkar hesab edilib. 

Federal münsiflər heyətinin qərarına əsasən müttəhimlər bank hesablarından məhrum olmalı, zinət əşyalarını, saatlarını, qızıl sikkələrini, üç evlərini və təqribən 450.000 dollar nağd pullarını təhvil verməlidirlər. 

39 yaşlı Tamara Dadyan,  Artur Ayvazyanın həyat yoldaşı və Vaqe Dadyanın əmisi oğlu artıq bu iş üzrə cinayət ittihamını qəbul edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin