İranda xalq “Covid-19” virusuna yoluxmaların yenidən artmasından narahatdır.
Bizim.Media xəbər verir ki, vətəndaşlar Türkiyənin “AA” agentliyinin sözügedən mövzuda ünvanladığı suallara cavab olaraq hökumətin pandemiyaya qarşı siyasətini uğursuz qiymətləndiriblər.
Vətəndaşlardan biri verdiyi açıqlamada “Heç düşünmədən hərəkət edirlər. Əvvəlcə, koronavirusun əhəmiyyətsiz olduğunu bildirdilər.
Daha sonra isə, “Pfizer” vaksininin ölkəyə gətirilməsinə qadağa qoydular. Vaksinləmə prosesi xeyli yavaş gedir”, - deyə qeyd edib.
Dİgər bir respondent isə hökuməti özünə sanskiya tətbiq etməkdə günahlandıraraq, xarici vaksinlərə qarşı qoyulan qadağaları tənqid edib.
Növbəti vətəndaş isə hökumətin məsuliyyətsizliyi ucbatından pandemiyanın davam etdiyini bildirərək, hökumətin peyvəndləmə siyasətini sürətləndirməli olmasına diqqət çəkib.
Qeyd edək ki, İranda əhalinin cəmi 5%-i koronavirus əleyhinə vaksin olunub. Eyni zamanda son günlərdə virusa yoluxanların sayında böyük artım müşahidə edilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:01 / 05.07.2021
İranda xalqın narazılığı artır - “Düşünmədən hərəkətlər edirlər”
Hazırda oxunan: İranda xalqın narazılığı artır - “Düşünmədən hərəkətlər edirlər”
Hazırda oxunan: İranda xalqın narazılığı artır - “Düşünmədən hərəkətlər edirlər”
27454
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.