Türkiyənin məşhur müğənnisi Seren Serengil mədəsini kiçiltdiyinə görə peşman olub.
Bizim.Media xəbər verir ki, o bu barədə instaqram hesabında yazıb.
Sənətçi izləyicilərinə mədə kiçiltmə əməliyyatına girməməyi tövsiyə edib. Məsləhət görüb ki, idman və diyetaya əməl etməklə arıqlasınlar.
“Artıq çəkidən nifrət edirdim, indi də edirəm. Amma indi yüz kiloqram olacağımı desələr qaça-qaça geri qayıdaram. Gözəl olduq nə oldu, xoşbəxt ola bildikmi? Sağlamlığınız getməsin. Qoy, sizi bəyənən belə bəyənsin, bəyənmirsə qapını göstərin”,- o qeyd edib.
Xatırladaq ki, S.Serengil mədə kiçiltmə əməliyyatından sonra çəkisi 70 kiloqramdan 46-ya düşüb.
Bizim.Media