1 iyundan 30 iyuna qədər Türkiyədə və xaricdə aparılan antiterror əməliyyatları nəticəsində PKK terror təşkilatının və Suriyanın YPG qanadının 98 yaraqlısı zərərsizləşdirilib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Türkiyə mətbuatı yayıb.
Mənbə yazır ki, əməliyyatlar Türk Silahlı Qüvvələri, polis, jandarma və Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən həyata keçirilib.
Ölkənin bir çox vilayətində aparılan xüsusi əməliyyatlar zamanı 104 şübhəli terrorçu tutulub, onlardan 30-u daha sonra həbs olunub.
30 iyun tarixindən etibarən təhlükəsizlik qüvvələrinə təslim olan PKK terrorçularının sayı 94-ə yüksəlib.
İyun ayının əvvəlində MİT-in və Türkiyə Silahlı Qüvvələrinin birgə əməliyyatı zamanı PKK lideri "Doktor Hüseyn" ləqəbli Selman Bozkır zərərsizləşdirilib.
O, İraqda terrorçuların cinayətkar fəaliyyətinə rəhbərlik edib.
Van vilayətinin Beskale rayonu yaxınlığında, 5 iyun tarixində Türkiyə kəşfiyyatı tərəfindən zərərsizləşdirilən silahlılardan biri, Türkiyə Daxili İşlər Nazirliyinin axtarılan terrorçuları siyahısına daxil edilən "Agit" ləqəbli Gökhan Dəmir idi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:55 / 04.07.2021
Türkiyə xüsusi xidmət orqanları 98 PKK terrorçusunu zərərsizləşdirdi
Hazırda oxunan: Türkiyə xüsusi xidmət orqanları 98 PKK terrorçusunu zərərsizləşdirdi
Hazırda oxunan: Türkiyə xüsusi xidmət orqanları 98 PKK terrorçusunu zərərsizləşdirdi
27313
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.