Madaqaskar Prezidenti Andri Radzuelina ölkədəki etirazlar fonunda hökumətin buraxıldığını elan edib.
O, Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, Radzuelina ölkədə üç gündən sonra yeni baş nazir təyin etməyi planlaşdırır.
“Mən bu ölkənin idarəetmə sistemini diqqətlə yenidən nəzərdən keçirib yeni islahlatlar tətbiq edəcəyəm”, - deyə dövlət başçısı xalqa müraciətində bildirib.
Qeyd olunur ki, bu qərar 25 sentyabrda başlayan və bu günə qədər davam edən, elektrik və su təchizatındakı fasilələrə qarşı yerli əhalinin kütləvi etirazlarının iğtişaşlara çevrilməsindən sonra qəbul edilib.
Nümayişlər zamanı 22 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:34 / 29.09.2025
Madaqaskar Prezidenti etirazlar fonunda hökuməti BURAXDI - VİDEO
Hazırda oxunan: Madaqaskar Prezidenti etirazlar fonunda hökuməti BURAXDI - VİDEO
Hazırda oxunan: Madaqaskar Prezidenti etirazlar fonunda hökuməti BURAXDI - VİDEO
273074
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.