“Turkish Airlines"in təyyarəsi Rumıniyada dron təhlükəsi ilə ÜZLƏŞİB?

Hazırda oxunan: “Turkish Airlines"in təyyarəsi Rumıniyada dron təhlükəsi ilə ÜZLƏŞİB?

272927

28 sentyabrda mülki təyinatlı pilotsuz uçuş aparatının uçuş-enmə zolağı yaxınlığında peyda olması Buxarestdəki Henri Koanda Beynəlxalq Hava Limanının fəaliyyətini pozub. 

Bizim.Media xəbər verir ki, bu barədə Buxarest Hava Limanlarının Milli Şirkəti məlumat yayıb.

Kiçik mülki dron barədə dispetçerlər "Turkish Airlines" aviaşirkətinə məxsus Airbus A330 təyyarəsinin ekipajından xəbər tutublar. Təyyarə həmin vaxt enişə hazırlaşırmış.
 

Hadisəyə cavab olaraq ehtiyat tədbirləri görülüb: təyyarələrin qəbulu təxminən 40 dəqiqəlik dayandırılıb, bir neçə hava gəmisini təhlükəsiz zonalara köçürüblər, doqquz təyyarə isə başqa uçuş-enmə zolağına yönləndirilib.


Rumıniya hakimiyyəti hazırda dronun operatorunu axtarmaqla məşğuldur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin