Qəzza zolağında artıq bu şəhər mövcud deyil – ŞOK FOTO

Hazırda oxunan: Qəzza zolağında artıq bu şəhər mövcud deyil – ŞOK FOTO

272924

Qəzza zolağının şimalında yerləşən Beyt-Hanun şəhəri artıq mövcud deyil. İsrail ordusunun intensiv və amansız hava və artilleriya zərbələri nəticəsində şəhər tamamilə yerlə-yeksan edilib.

Bizim.Media xəbər verir ki, bir zamanlar on minlərlə insanın yaşadığı, məktəbləri, bazarları və məscidləri ilə dolu olan Beyt-Hanun indi dağıntılar yığınına çevrilib.

Şəhər Qəzza zolağında davam edən hərbi əməliyyatlar zamanı ən çox zərər görən məntəqələrdən biri hesab olunur.
 

Xüsusilə faciəli məqam isə odur ki, bu şəhərdə məhz İsrail ordusunun hücumlarından qaçan minlərlə məcburi köçkünlər sığınacaq tapmışdılar. İnsanlar digər bölgələrdəki dağıntılardan qurtulmaq üçün Beyt-Hanuna üz tutmuş, lakin bu şəhər də eyni aqibəti yaşamışdır.


Müxtəlif beynəlxalq humanitar təşkilatlar xəbərdarlıq edir ki, şəhərin tam məhv edilməsi nəticəsində humanitar fəlakət daha da dərinləşib. Tibb məntəqələri, su və elektrik təchizatı sistemi, ərzaq anbarları tamamilə sıradan çıxıb. Hazırda sağ qalan əhali qida, su və tibbi yardım çatışmazlığından əziyyət çəkir.

Beyt-Hanunun yerlə-yeksan olunması həm də böyük simvolik mənaya malikdir: bu şəhər uzun illər ərzində Qəzza zolağında fələstinlilərin müqavimət rəmzi kimi tanınırdı.

İndi isə onun tamamilə xəritədən silinməsi həm bölgənin gələcəyi, həm də beynəlxalq hüququn qorunması ilə bağlı ciddi suallar doğurur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin