İranda “İsrail casusu” edam edildi

Hazırda oxunan: İranda “İsrail casusu” edam edildi

272918

Bu gün İran hökuməti “İsrailin kəşfiyyat xidməti ilə əməkdaşlıqda” ittiham olunan Bəhmən Çubi Əslini dar ağacından asıb. Məlumata görə, o, dövlətə məxsus məlumat bazalarına yüksək səviyyədə çıxış imkanı olan mütəxəssisi kimi müxtəlif hökumət layihələrinə qatılıb.

Bildirilib ki, Çubi “Mossad” əməkdaşları tərəfindən xüsusi təlimlərə cəlb olunub və tapşırıqların yerinə yetirilməsi müqabilində pul alıb. 

Bizim.Media xəbər verir ki, İranın Məhkəmə-Ədliyyə Sistemi onun bu fəaliyyətini milli təhlükəsizliyə ciddi təhdid kimi qiymətləndirərək edam hökmü çıxarıb və ölüm cəzasını həyata keçirib. 

Qeyd edək ki, son illər ərzində İran “İsrail kəşfiyyatı ilə əməkdaşlıq” ittihamı ilə bir sıra şəxsləri həbs edib və bəzilərinə ölüm hökmü verilib. (Tasnim News)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin