ABŞ-dan KREMLƏ: "Rusiya ayılmalı və reallığı etiraf etməlidir”

Hazırda oxunan: ABŞ-dan KREMLƏ: "Rusiya ayılmalı və reallığı etiraf etməlidir”

272875

"Rusiya Ukrayna ilə ikitərəfli danışıqlardan, hətta ABŞ Prezidenti Donald Trampın da iştirak etdiyi üçtərəfli danışıqlardan da imtina edib. Lakin Rusiya ayılmalı və reallığı etiraf etməlidir".

Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens "Fox News"a müsahibəsində deyib.

O hesab edir ki, yerdə vəziyyət dəyişib. Konkret olaraq rusiyalılar çoxlu insanı öldürürlər, amma özləri də böyük itki verirlər.

Vens Tramp administrasiyasının sülhə sadiq qaldığını ifadə edərək, bunun üçün hər iki tərəfin addım atmasının vacib olduğunu əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin