Rusiyanın ən bahalı boşanması: 4 milyard rublluq əmlakı bölə bilmirlər

Hazırda oxunan: Rusiyanın ən bahalı boşanması: 4 milyard rublluq əmlakı bölə bilmirlər

272809

Elvira və Rafil Mavliyevlər rəsmi olaraq hələ apreldə boşanma ərizəsi versələr də, hələ də əmlak bölgüsündə ortaq məxrəcə gələ bilmirlər. Bu mübarizədə heç kim geri çəkilmək istəmir.

Bizim.Media xəbər verir ki, dünyanın ən səs-küylü boşanmalarından birinə vaxtilə Ceff Bezos imza atmışdı.

O, Loren Sançesə görə 25 illik həyat yoldaşı Makkenzi Skottdan ayrıldı, lakin ona çox səxavətli təzminat verdi.

Makkenzi 38 milyard dollar dəyərində aktiv və səhmlər aldı və dərhal dünyanın ən varlı qadınları siyahısına düşdü. Oxşar, amma daha kiçik miqyaslı bir dramatik hekayə indi Ufada yaşanır.
 

Başqırdiyalı iş adamı Rafil Mavliyev (o, hazırkı Ufa meri Ratmir Mavliyevin atasıdır) yarım ildir ki, həyat yoldaşı Elvira ilə boşanmağa çalışır. Mübahisənin uzanmasının səbəbi isə onların birgə əmlakının 4 milyard rubl dəyərində olmasıdır. Hələlik Mavliyevlər hər hansı razılığa gələ bilmirlər, amma məhkəməyə də müraciət etmək istəmirlər. Rəsmi boşanma sənədləri hələ apreldə təqdim olunub.


Ər-arvadın aktivlərinə “Ural”, “Uralservis” və “Ural+” şirkətlərində paylar, avtomoyka şəbəkəsi, bir neçə televiziya kanalı, uşaq parkı, ov sahələri, ticarət mərkəzi, otellər və başqa obyektlər daxildir. Rafil Mavliyev bütün əmlakın ona verilməsini tələb edir, halbuki həyat yoldaşı Elvira onun bütün şirkətlərində pay sahibidir və bəzi şirkətlərdə bu pay 70%-ə çatır.

Telegram-kanal Baza yazır ki, milyarder geri çəkilmək niyyətində deyil və əmlak bölgüsü proseduruna başlamadan bütün əmlakın ona keçməsinə nail olmaq istəyir. Bunun üçün o, özünə bağlı şirkətlərə üçüncü şəxsləri – o cümlədən öz ev işçisini rəhbər təyin edib. Həmin şəxslərin adından Elviraya qarşı üç məhkəmə iddiası qaldırılıb.

Məqsəd – qadını şirkətlər qarşısında borclu göstərmək, onu müflis elan etdirmək və aktivləri ələ keçirməkdir. Elvira isə bu iddialara qarşı heç nə edə bilmir, amma işinin ərinin təsir imkanlarının zəif olduğu başqa bir regionda araşdırılmasına nail olmaq niyyətindədir.

Elvira iş adamının ikinci həyat yoldaşıdır, amma maraqlıdır ki, onun ilk həyat yoldaşının da adı Elvira olub.

Mavliyevin ilk evliliyindən dünyaya gələn oğlu Ratmir indi Ufa meridir. Rafil Mavliyev 1962-ci ildə Nijnekamskda anadan olub. Karyerasına milis orqanlarında başlayıb, bir müddət hətta DİN rəhbərinin müavini olub. Daha sonra siyasətə gedib, 2000-ci illərdə isə avtomobil və ehtiyat hissələrinin satışı ilə bağlı bizneslə məşğul olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin