Dünyanın ən hündür körpüsü istifadəyə verildi - FOTO-VİDEO

Hazırda oxunan: Dünyanın ən hündür körpüsü istifadəyə verildi - FOTO-VİDEO

272773

Çinin cənub-qərbindəki Quycou əyalətində 3 il ərzinə inşa edilmiş dünyanın ən hündür körpüsü istifadəyə verilib.

Bizim.Media  xəbər verir ki, Beypan çayının üzərində, Huacin Böyük kanyonunda tikilən körpü çaydan 625 metr yüksəklikdə yerləşir. Onun hündürlüyü San-Fransiskodakı “Qızıl qapı” (“Golden Gate”) körpüsündən təxminən 9 dəfə, Eyfel qülləsindən isə 2 dəfə çoxdur. Körpü kanyonun 2 tərəfi arasındakı məsafəni 2 saatdan cəmi 2 dəqiqəyə endirib.

Ümumi uzunluğu 2 min 890, asma hissəsinin uzunluğu 1420 metr olan Huacin Böyük kanyonu körpüsü həm də dünyada dağlıq ərazidə inşa edilən ən uzun asma körpüdür.

Qeyd edək ki, əvvəlki ən hündür körpü də Quycou əyalətində Beypan çayının üzərindədir. Ginnesin Rekordlar Kitabına düşən həmin “Beypancian” körpüsü çaydan 565,4 metr yüksəklikdə yerləşir. Quycodua dağlıq ərazilərdə 30 mindən çox körpü var. Bunlardan 3-ü dünyada ən hündür körpülərdir. Ümuniyyətlə, dünyadakı ən hündür 100 körpünün yarısı Quycou əyalətindədir.

 

<iframe width="1282" height="721" src="//www.youtube.com/embed/Bv2IEnH8vdQ" title="China: World&#39;s tallest bridge opens in Guizhou Province • FRANCE 24 English" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin