İsrail Qəzzanın yarıdan çoxuna nəzarət edir

Hazırda oxunan: İsrail Qəzzanın yarıdan çoxuna nəzarət edir

272742

İsrail ordusu Qəzza şəhərinin yarıdan çoxuna nəzarət etdiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusunun Cənub Komandanlığı məlumat yayıb.

Məlumata görə, bir milyondan çox əhalisi olan Qəzzadan 800 mindən artıq insan evakuasiya olunub.
 

Son günlərdə İsrail ordusu Qəzzaya hava və quru zərbələrinin miqyasını genişləndirərək, hər gecə 140-dan çox hədəfi vurur. Ordunun nəzarətinə keçən ərazilərə Tel əl-Hava, Ən-Nadi, Şeyx Əclin, Zeytun, Şucaiyyə və Tuffah rayonları daxildir.


Hələlik İsrailin nəzarətində olmayan bölgələrə isə Ər-Rimal, şəhərin tarixi mərkəzi — Köhnə Şəhər, Əl-Şati qaçqın düşərgəsi və Sabra rayonu daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin