Zelenski: “Putin Rusiya ordusunun uğurları barədə digər liderlərə yalan danışır”

Hazırda oxunan: Zelenski: “Putin Rusiya ordusunun uğurları barədə digər liderlərə yalan danışır”

272632

“Rusiya Prezidenti Vladimir Putin xarici liderlərlə danışıqlarda guya Rusiya qoşunlarının cəbhədə uğurlar qazandığını iddia edir. Lakin əsl vəziyyət tamamilə fərqlidir”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

Zelenskinin sözlərinə görə, Rusiya Donetsk vilayətində yerləşən Dobropolye yaxınlığında cəbhədə ciddi bir irəliləyiş planlaşdırsa da, Ukrayna müdafiəçiləri bu hücumu dayandıraraq əks-həmləyə keçə biliblər.

“Putin hələ də onunla danışan liderlərə yalan danışır və işğalçı qüvvələrin guya məqsədlərinə çatdığını iddia edir. Əslində isə onlar artıq bir neçə ildir ki, özləri təyin etdikləri vaxtların niyə yenidən təxirə salındığını izah etmək üçün yeni bəhanələr uydururlar”, – deyə Zelenski vurğulayıb.

O əlavə edib ki, bir çox ölkə sülh çağırışları etsə də, Moskva Ukrayna şəhərlərinə yeni hücumlar və zərbələr endirməyə davam edir: “Onlar müharibə ilə xəstələniblər – bu xəstəliyin sağalıb-sağalmayacağı isə hələ açıq sualdır. Rusiya müharibə virusunu dayandıra biləcək yeganə şey – güc, qətiyyətli addımlar və effektiv yardımdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin