Zelenski: “Rusiyadan əraziləri diplomatik yolla qaytara bilərik”

Hazırda oxunan: Zelenski: “Rusiyadan əraziləri diplomatik yolla qaytara bilərik”

272579

Ukrayna hazırda hərbi yolla geri qaytara bilmədiyi əraziləri gələcəkdə Rusiyadan diplomatik yolla ala bilər.

Bizim.Media xəbər verir ki, bu barədə prezident Volodimir Zelenski “The Axios Show” verilişinə müsahibəsində danışıb.

Ukrayna liderindən bəzi ərazilərin artıq itirildiyini qəbul edib-etməyəcəyi soruşulduqda o belə cavab verib:

“Bizim həmin əraziləri qaytarmaq gücümüz yoxdur. Biz onları gələcəkdə diplomatik yolla qaytara bilərik. Bu, hamı üçün yaxşı kompromisdir.”

Zelenskinin sözlərinə görə, Ukrayna gələcəkdə öz ərazilərinin geri qaytarılması ilə bağlı dialoqa hazırdır. O vurğulayıb ki, Ukrayna heç vaxt ərazi güzəştlərinə getməyəcək və işğal olunmuş torpaqlarda rus hakimiyyətini tanımayacaq.
 

Bununla belə, dövlət başçısı hamı üçün sərfəli ola biləcək kompromisin mümkünlüyünü də istisna etməyib. O əlavə edib ki, Ukrayna bu məsələni “daha az itkilərlə” həll etməlidir. Prezident həmçinin vurğulayıb ki, Ukrayna bu mərhələdə nə müharibəni uduzur, nə də qazanır, çünki kifayət qədər silahı yoxdur.


“Bizim əsas problemimiz Hava Hücumundan Müdafiə Sistemlərinin çatışmazlığıdır,” – deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin