Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın Türkiyənin Rusiya qazından imtina edəcəyi barədə dediklərini şərh edib.
Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi yazıb.
Onun fikrincə, Türkiyə Respublikası Rusiya ilə müəyyən növ malların özünə sərfəli olan ticarətini davam etdirəcək.
“Türk axını”, “Mavi axın” tam gücü ilə işləyir. Biz Türkiyə Respublikası ilə ticarət-iqtisadi əməkdaşlığımızı davam etdiririk. Bu, suveren dövlətdir və özü qərar verir ki, hansı sahələrdə bizimlə əməkdaşlıq etsin. Əgər bəzi ticarət sahələri və mallar Türkiyə tərəfinə sərfəlidirsə, o, bunu davam etdirəcək”, deyə Peskov əlavə edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:52 / 26.09.2025
Peskov: “Türkiyə Rusiyadan özünə sərfəli malları alacaq”
Hazırda oxunan: Peskov: “Türkiyə Rusiyadan özünə sərfəli malları alacaq”
Hazırda oxunan: Peskov: “Türkiyə Rusiyadan özünə sərfəli malları alacaq”
272571
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.