Sumidəki rus ordusu ÇƏTİN DURUMDA - Qalan maaşlarını da buna xərcləyirlər

Hazırda oxunan: Sumidəki rus ordusu ÇƏTİN DURUMDA - Qalan maaşlarını da buna xərcləyirlər

272545

Ukrayna Silahlı Qüvvələri Pokrovsk istiqamətində Rusiya bölmələrini eyni vaxtda üç tərəfdən mühasirəyə alaraq onların geri çəkilmə yollarını kəsib. 

Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı hərbi müxbirlər məlumat yayıb.
 

Bildirilib ki, Ukrayna dronları Rusiya kolonlarını izləyərək məhv edir və nəticədə təminat yolları faktiki olaraq bağlanıb. Son günlər Ukrayna ordusu 330 kvadrat kilometrdən çox ərazini və 16 yaşayış məntəqəsini azad edib.


Qeyd olunur ki, Rusiya qoşunlarının mövqeləri logistika dəstəyindən təcrid olunub, əlavə qüvvələrin cəbhəyə gətirilməsi cəhdləri isə onların məhv edilməsi ilə nəticələnir.

Eyni zamanda ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir ki, Rusiya ordusu Kupyanskın heç bir rayonuna nəzarət etmir, lakin şəhərdə diversiya və kəşfiyyat fəaliyyəti yüksək olaraq qalır. 

Məlumata görə, Rusiya hərbi polis dəstələri əsgərləri güllələnmə təhlükəsi altında çaydan keçməyə məcbur edir.
 

Rusiyalı hərbi blogerlərdən biri isə bildirib ki, Rusiyanın 44-cü ordu korpusunun komandanlığı Sumi vilayətində yerləşən 30-cu motoatıcı polkunun iki ön komanda məntəqəsini internet, istilik və digər məişət şəraiti ilə təmin etməyə üstünlük verir.


Onun sözlərinə görə, bu, digər ön mövqelərdəki əsgərlərin hesabına həyata keçirilir və əsgərlər az maaşlarını qızdırıcı vasitələrə xərcləməyə məcbur edilirlər. Həmçinin vurğulanır ki, Rusiya ordusunun ön mövqeləri Ukrayna ordusunun zərbələrinə qarşı kifayət qədər möhkəmləndirilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin