Berdiməhəmmədova qeyri-adi TƏKLİF – “Maaşları artırmağı dayandırın”

Hazırda oxunan: Berdiməhəmmədova qeyri-adi TƏKLİF – “Maaşları artırmağı dayandırın”

272530

Türkmənistanın Xalq Məsləhətinin (parlament) sədri Qurbanqulu Berdiməhəmmədova ölkədə maaşların, pensiyaların, dövlət müavinətlərinin və təqaüdlərin “ardıcıl şəkildə artırılmasının dayandırılması” ilə bağlı müraciət edilib.

Bizim.Media “zakon.kz” nəşrinə istinadən xəbər verir ki, bu təşəbbüslə ölkənin “fəxri ağsaqqalı” Yazmırat Atamıradov çıxış edib. 

Onun sözlərinə görə, Türkmənistandakı güzəştlər heç bir ölkədə tətbiq olunmur və bu gün hər bir ailə zəruri ehtiyaclarını təmin edə bilir.
 

Atamıradov bu səbəbdən maaşların, pensiyaların, müavinətlərin və təqaüdlərin növbəti artımlarının müvəqqəti dayandırılmasını, qənaət edilən vəsaitlərin isə ölkənin inkişafına yönəldilməsini təklif edib.


Qurbanqulu Berdiməhəmmədov təşəbbüsə görə minnətdarlığını bildirib, lakin məsələyə dair hələlik qərar qəbul olunmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin