Pezeşkian Nyu-Yorkda bu telekanalın suallarına cavab vermədi – VİDEO

Hazırda oxunan: Pezeşkian Nyu-Yorkda bu telekanalın suallarına cavab vermədi – VİDEO

272412

Dünən Nyu-Yorkda BMT Baş Assambleyasının iclasına daxil olarkən İran prezidenti Məsud Pezeşkian “Iran International” telekanalının müxbirinin suallarını cavablandırmaqdan imtina edib.

Bizim.Media xəbər verir ki, müxbir Pezeşkiana səslənərək soruşub: “Sanksiyaların ləğvi ilə bağlı vədiniz nə oldu? Niyə müharibə və danışıqlar arasında müharibəni seçdiniz? Seçkilər zamanı verdiyiniz sözləri niyə unutdunuz?”

Ancaq İran prezidenti bu sualları cavablandırmadan səssiz yoluna davam edib. Müxbir onu dayandırmağa çalışaraq yenidən səslənib: “Suallarımıza cavab verin!”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin